NATO Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirib
Bakı/23.11.17/Turan: Dağlıq Qarabağda dondurulmuş münaqişənin hərbi həll yolu yoxdur və NATO onun nizamlanmasında bilavasitə rol oynamır. Bununla belə, Cənubi Qafqazdakı vəziyyət alyansın narahatlığına səbəb olur, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 23-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
NATO rəhbəri Bakı və Yerevan arasında dialoqun bərpasını yüksək qiymətləndirib. Hər iki ölkənin prezidentlərinə müraciət edən baş katib onları bundan sonra da bu yoldan getməyə çağırıb. "Biz sizi hər hansı yeni gərginlikdən uzaq durmaq üçün danışıqlar vasitəsilə həll gedən yolu davam etdirməyə çağırırıq", deyə "İnterfaks" agentliyi Stoltenberqin bəyanatından sitat gətirir. Onun sözlərinə görə, Şimali Atlantik Alyansı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün formalaşdırılmış ATƏT-in Minsk Qrupunun işini dəstəkləyir.
Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Şimal Atlantik Alyansının qərargah-mənzilində NATO baş katibi Yens Stoltenberqlə görüşü Azərbaycan liderinin Belçikaya işgüzar səfəri çərçivəsində baş tutub. Əliyev həmçinin Şimali Atlantik Alyansın təmsil olunan 29 ölkənin səfirləri ilə görüşüb.
NATO baş katibi Azərbaycana alyansın Əfqanıstanda təhsil və hökumət qüvvələrinə yardım etmək məqsədi daşıyan "Qətiyyətli dəstək" missiyasında iştirakına görə təşəkkür edib, Bakının gələn il bu əməliyyatda iştirak edən hərbçilərinin sayını artırmaq qərarını təqdir edib.--0--
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz