Nardaranın suyun kəsiblər
Dekabrın 31-dən nardana kəndinə su verilməsi dayandırırlıb və kəndi su ilə təmin edən su boru xəttigkəsilib. Bu haqda Turana kənd ağsaqqalı Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, suyun kəsiləcəyi, nə üçün kəsiləcəyi barədə kənd sakinlərinə aidiyyyatı qurumlar öncədən hər hansı xəbərdarlıq etməiyb. “Kəndə gələn su Maştağa tərəfdəki anbardan gəlir və daim o sudan istifadə etmişik, indi bilmirik ki, suyu niyə kəsiblər, nə zaman veriləcək, əgər təmir edirlərsə, bu təmir nə qədər çəkəcək bu da məlum deyıl”-deyə kənd ağsaqqalı bildirib.
Onun fikrincə, bütün bunlardan məqsəd Nardaranın sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan 12 milyon vəsaiti mənimsəməkdir. “Elektrik verilməsi üçün dirəklər kənddə var idi, əvvəl elektirk xətlərini çəkdilər, sonradan həmin dirəkləri çıxarıb yerinə yenilərini basdırdılar, yola asfalt çəkirlər, sonra həmin asfaltı qazıyıb çıxarırlar”deyə N.Kərimov baş verənlərə narazılıq bildirib.
Kənd ağsaqqalı dövlət başçısı İlham Əliyevə kəndin problemləri üçün ayrılan vəasitlərin xərclənməsi üçün nəzarət yaratması xahişilə bağlı müraciət etdiyini, amma hələ ki, nəticə olmadığını da nəzərə çatdırıb.
-
- İqtisadiyyat
- 1 Yanvar 2016 14:29
-
- İqtisadiyyat
- 1 Yanvar 2016 15:04
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Rəy yaz