![Nazilrik: Ölkədə �donuz qripi� aşkar olunmayıb](https://turan.az/resized/media/2019/main/010700015893-750-500-resize.webp)
Nazilrik: Ölkədə �donuz qripi� aşkar olunmayıb
Bakı/07.01.19/Turan: Azərbaycanda mövsüm ərzində "donuz qripi"nə yoluxma halları qeydə alınmayıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkə üçün real təhlükə kəsb etdiyinə görə, profilaktik, müalicəvi və əks-epidemik tədbirlərin həyata keçirilməsi tələb edilir.
Nazirlik bildirir ki, bununla bağlı yerlərdə lazım olan tədbirlər diqqətdə saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarət gücləndirilib.
"Sərhəd keçid məntəqələri hərarəti olan xəstələri aşkarlamaq üçün termoindikatorlarla təchiz edilib. "Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, "donuz qripi" aşkar olunmayıb", deyə nazirlik bildirir.
Azərbaycanla həmsərhəd Gürcüstanda "donuz qrip"i yayılması və ölüm hallarının olması ilə bağlı məlumatlar yayılıb. -0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz