Oktay Gülaliyev: 'Mənə xəbərdarlıq etdilər ki, yazılarını izləyirik, nəzarətdəsən�'4 saat öncə
Баку/06.02.19/Turan: "Bu gün, fevralın 5-də məni Daxili İşlər Nazirliyinə (DİN) çağırdlar, getdim". Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oktay Gülalıyev bunu Turana deyib.
Onun sözlərinə görə, DİN-in idarə rəisi Oqtay Kərimovla görüşüb. "Əsas müzakirə mənim işgəncələrlə bağlı yazılarım ətrafında oldu. Bundan əlavə, vaxtilə Kür daşqınları, ölkənin şimal rayonlarında baş vermiş zəlzələdən ziyan çəkənlər barədə yazdıqlarımı, siyasi məhbuslarla bağlı arayışları, hesabatları xatırlatdılar" deyə hüquq müdafiəçisi qeyd edib.
Oktay Gülalıyev deyir ki, bəzi yazılarını polisi gözdən salmaq, dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər: "Mənə dedilər ki, yazırsan ki, Azərbaycanda işgəncə laboratoriyaları var, haradadır o laboratoriyalar? Mən də son zamanlar məhkəmələrdə işgəncələrlə bağlı deyilənləri nəzərlərinə çatdırdım".
Oktay Gülalıyevin sözlərinə görə, orada xəbərdarlıq da alıb: "Mənə xəbərdarlıq etdilər ki, sənin yazılarını izləyirik, nəzarətdəsən, lazım olsa yenə əlaqə saxlayacağıq və çağıracağıq"- deyə hüquq müdafiəçisi qeyd edib.
Oktay Gülalıyev idarə rəisi ilə söhbətinin 2 saatdan çox davam etdiyini bildirib.
Ancaq onun bu dediklərinə, hələlik, nə Oqtay Kərimovdan, nə də nazirlikdən münasibət almaq mümkün olub.-0--
-
- Cəmiyyət
- 6 Fevral 2019 10:50
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz