Operator yaşlı vətəndaşa: “Sizin sıra nömrənz – 136”
Bakı/04.04.20/Turan: Bugünlər karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar yaşlı və əlil vətəndaşların bir hissəsinin qida və dərman almaq, digər zəruri ehtiyaclarını ödəmək üçün evdən bayıra çıxmaq imkanları məhdudlaşdırılıb. Hökumət bu kateqoriyadan olan şəxslərə xidmət göstərməkdən ötrü tədbirlər görüldüyünü bildirsə də, heç də hər kəsin bu xidmətlərə əlçatımlığı təmin etmək mümkün olmur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 24 mart - 1 aprel tarixlərində qurumun 142 - Çağrı Mərkəzinə 27486 dəfə müraciət edildiyini, bunlardan 5278-nin sosial xidmətlərin göstərilməsi ilə əlaqədar olduğunu açıqlayıb. Lakin evin tərk etmək iqtidarında olmayan bəzi vətəndaşlar şikayət edirlər ki, nazirliyin “qaynar xətti”nə zəng etsələr də, onlara cavab verən sadəcə yoxdur.
Turan İnformasiya Agentliyinin əməkdaşı problemin nə qədər kəskin olduğunu təyin etmək üçün şənbə günü saat 13:30 radələrində 142-Çağrı Mərkəzinə zəng etdi. Dəstəyin o biri başında elektron kommutator belə deyirdi: “Hazırda bütün operatorlar məşğul oduğundan bir az gözləməyinizi xahiş edirik. Sizin sıra nömrəniz – 136”. Beləliklə, sizin növbənin çatmasından ötrü telefonda xeyli gözləməli olacaqsınız.
ƏƏSMN-in məlumatına göə, evlərində sosial xidmətlərlə təmin olunan yaşı 65-dən yuxarı tənha şəxslərin sayı 12 minə yaxındır.
Evlərdə xidmət ƏƏSMN-nin strukturuna daxil olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi vasitəsilə həyata keçirilir. Dostun mətbuat xidmətinin rəhbəri Şahin Əliyev Turan-a deyib ki, son vaxtlar quruma telefonla edilən müraciətlərin sayı xeyli artıb. “Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, əlavə 200-ü də yaradılmaqla, onların sayı 264-ə çatdırılıb. Həmçinin operatorların da sayı artırılıb və 1 saylı Bakı DOST Mərkəzi və 2 saylı Bakı DOST Mərkəzinin bəzi əməkdaşları da zənglərin qəbul edilməsi və cavablandırılması işinə cəlb edilib. Onlarla birlikdə hazırda Çağrı mərkəzinin operatoru qismində 100 əməkdaş fəaliyyət göstərir.
DOST sözçüsü əlavə edib ki, Çağrı Mərkəzinin iş saatları da artırılıb. Əvvəllər zənglər yalnız saat 18:00-dək cavablandırılırdısa, hazırda saat 9:00-dan 00:00-dək operatorlar vətəndaşların müraciətlərinə cavab verirlər. Son 9 gün ərzində 142-Çağrı Mərkəzinə ümumilikdə 35589 zəng daxil olub və bunların 34834-ü cavablandırılıb. Zənglərin sayı üzrə rekord göstərici 2 aprel tarixində qeydə alınıb və gün ərzində 4440 zəng cavablandırılıb”, deyə Ş. Əliyev fikrini tamamlayıb.
Qeyd edək ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaqdan ötrü bir çox dövlət qurumlarının fəaliyyəti məhdudlaşdırılıb, onların “qaynar xətlərinə” tələbat aşağı düşüb. Məsələn, 6 dövlət qurumuna, o cümlədən, Əmlak Məsələləri Dövlət Xidməti və Maliyyə Nazirliyinə xidmət göstərən 195-Çağrı Mərkəzi bu qurumların fəaliyətinin məhdudlaşdırılması ilə əlaqədar işini sosial sferaya yönəldə bilər. Lakin hələlik bu təşəbbüs karantin rejimi tətbiq etməklə onlara əməl etməyən vətəndaşlara qarşı sərt cəza tədbirləri görən rəsmi qurumların nümayəndələrinin ağlına gəlmir. 08B--
-
- Cəmiyyət
- 4 Aprel 2020 15:00
-
- Sosial sahə
- 4 Aprel 2020 16:14
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz