Огтай Гюлалыев
Oqtay Gülalıyev Baş Prokurorluğa çağırılıb
Bakı/13.05.19/Turan: Hüquq müdafiəçisi Oqtay Gülalıyev saat 17:00-da Baş Prokurorluğa çağırılıb. O hesab edir ki, dəvət "Tərtər işi", "Gəncə işi" və digər işlərlə bağlı həbs edilənlərə işgəncə verilməsi, məhbusların hüquqlarının pozulması, insanların saxta, siyasi motivli ittihamlarla təqib edilməsi haqqında bəyanatları ilə bağlıdır.
Ötən həftə Gülalıyevin təşəbbüsü ilə işgəncələr və repressiyalar əleyhinə ictimai komitə yaradılıb.
Xatırladaq ki, əvvəllər Gülalıyev dəfələrlə polisə çağırılıb. Sonuncu dəfə o, keçən həftə polisə çağırılıb və DİN-in Cinayət Axtarış İdarəsində izahat verib. 06D-
-
- İqtisadiyyat
- 13 May 2019 15:31
-
- İqtisadiyyat
- 13 May 2019 16:35
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz