Orxan Məmmədin Azərbaycan sərhəddini keçməsinə qoyulan qadağa götürülüb
Bakı/21.05.19/Turan: Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi jurnalist Orxan Məmmədin xaricə çıxışına qoyulan qadağanı götürüb. Qadağa 2015-ci ildə "Meydan" TV-yə qarşı cinayət işi ilə əlaqədar tətbiq edilmişdi.
Məhdudiyyət qoyulduğu zaman O.Məmməd xaricdə olub və əsassız cinayət işindən ehtiyatlanaraq geri qayıtmayıb.
Mayın 21-də jurnalist Facebook səhifəsində yazıb ki, "sərhəddi keçməklə bağlı məhdudiyyət"in aradan qaldırılması barədə məktub göndərilib. Məktubu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov imzalayıb.
Sənəddə qeyd olunub ki, "Meydan"TV-nin vəzifəli şəxslərinə qarşı cinayət işi ilə əlaqədar jurnalistin sərhəddi keçməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
"Son 4 ildə dünyanın 25-dən çox ölkəsinin 60-dan çox şəhərində olmuşam. Ancaq öz vətənimə gedə bilmirdim. Məhdudiyyətin aradan götürülməsindən sonra Azərbaycana gedə bilərəm", - jurnalist bildirib.
O qeyd edib ki, əvvəlki kimi işini davam etdirəcək.
"Jurnalistika cinayət deyil. Biz gücümüz yetdiyi qədər işimizi davam etdirəcəyik. Mövqeyimizdə heç bir dəyişiklik yoxdur, əksinə, daha peşəkarlıqla və prinsipiallıqla çalışmaq niyyətindəyik. Biz söz, ifadə və media azadlığı uğrunda mübarizlər olaraq qalırıq", - O.Məmməd bildirib.
Mayın əvvəlindən "Meydan" TV ilə əməkdaşlıq edən səkkiz jurnalistin üzərindən qadağa götürülüb.
Hazırda "Meydan" TV ilə əməkdaşlıq edən bir jurnalistə qarşı qadağa qüvvədə qalır, redaksiyadan bildiriblər.
Məhdudiyyətlər 2015-ci ildə Azərbaycanda korrupsiya haqda araşdırmaların dərcindən sonra "Meydan" TV-yə qarşı açılmış cinayət işi ilə əlaqədar tətbiq edilmişdi. 06D-
-
- Cəmiyyət
- 21 May 2019 23:30
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz