Övladliğa götürmələr artıb
Bakı/29.03.18/Turan: 2017-ci ildə Azərbaycanda uşaqların övladlığa götürülməsi artıb. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, ötən il Azərbaycanda 877 uşaq övladlığa götürülüb. Bu göstəricinin 2016-cı illə müqayisədə 13,5% çox olduğu bildirilir.
Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayında 15,9% artım olub. Qızların sayındakı artım isə 10,8% təşkil edib. Ötən il ümumilikdə 466 oğlan, 411 nəfər qız övladlığa qəbul edilib. Övladlığa götürülənlər 1-17 yaşlılardır.
2017-ci ildə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayı 19,7, 3-5 yaşlı uşaqlarda 7,5, 6-10 yaşlı uşaqlarda 9,9, 11-17 yaşlı uşaqlarda isə 7,3% artım müşahidə olunub.
Ötən il 420 nəfər 3 yaşa qədər olan, 172 nəfər 3-5 yaşlı, 167 nəfər 6-10 yaşlı, 118 nəfər 11-17 yaşlı uşaq övladlığa götürülüb.
2017-ci ildə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 28 uşağı övladlığa götürüblər. Onlardan 12-i qız olub.
Ötən il məhkəmələr tərəfindən övladlığa götürülmənin ləğv edilməsi haqda qərarların sayı da azalıb. Belə məhkəmə qərarları 7,9% azalıb, il ərzində 58 övladlığa götürmə ləğv edilib.-06D--
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz