Bakı Rusiyadan keyfiyyətsiz silahların alınması barədə məlumatları təkzib edir
Bakı/29.03.18/Turan: Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan keyfiyyətsiz silahların alınması barədə bir sıra Rusiya və Belarus KİV-də yayılan məlumatları təkzib edib.
"Rəsmən bəyan edirik ki, bu kimi xəbərlər həqiqətəuyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır", - nazirliyin bəyanatında deyilir.
Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınmasına xüsusi diqqət yetirir. Ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələr diqqətlə seçilir.
"Azərbaycan ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır", - məlumatda vurğulanır.
Xatırladaq ki, Rusiyadan keyfiyyətsiz silahların alınması haqda məlumat Belarusun bekprauda.org nəşrində yayılıb.
Mənbəyə görə, Bakı Moskva ilə hərbi-texniki əməkdaşlığın vəziyyətindən və keyfiyyətindən çox narazıdır Belarusda bu əməkdaşlığa alternativ axtarmağa çalışır.
Belə ki, ötən ilin sonlarında hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan komissiyasının qapalı iclası zamanı Bakı bu barədə məsələ qaldırıb. Rusiya silahlarının keyfiyyəti ilə bağlı xeyli iradlar irəli sürülüb. Bunlar T-90S tankı, BMP-3, BTR-82, SAU "Msta-S", PSZO "Smerç", ZRK "Top-M2" və digər silahlarla bağlı olub. Göndərilən texnikanın vəd edilən standartlara uyğun olmadığından, məhsulların çoxunun zay olmasından, texniki sənədləşmənin, komplekt dəstlərin olmamasından danışılıb.
Azərbaycan tərəfi qeyd edib ki, PSZO "Smerç" üçün raketlər atəş zamanı partlamır, BTR-82А pulemyotları üçün sursatlar hədəfə çatmır, Mi-35 vertolyotlarında mühərrikin işə düşməsi zamanı nasazlıq yaranır, raketlər tərəfindən atəş sistemi pozulub və s. Belarus nəşrinin məlumatında deyilir.-02D-
-
- Cəmiyyət
- 29 Mart 2018 16:50
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz