Parlament seçkiləri ərəfəsində bir sıra müxalifət saytları bloklanmış olaraq qalır
Bakı/06.02.20/Turan: Bir həftədən çoxdur Azərbaycanda bir sıra müxalif xəbər saytı bloklanmış olaraq qalır.
Belə ki, yanvarın 31-də Müsavat Partiyasının, partiyanın gənclər təşkilatının Facebook-dakı səhifələri və Basta qəzetinin saytı haker hücumuna məruz qalıb.
İndiyədək Basta saytı bloklanmış olaraq qalır, deyə fevralın 6-da saytın redaktoru və Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli bildirib.
Onun sözlərinə görə, fevralın 3-də sayta girişi qısa müddətlik bəpa etmək mümkün olub, amma elə həmin gün sayt haker hücumundan sonra yenidən bloklanıb.
Bir neçə gündür Sumqayıtın "Yüksəliş naminə" nəşrinin saytı da bloklanmış olaraq qalır. Saytın redaktoru Elçin Məmməd deputatlığa namizəddir. Onun iddiasına görə, nəşrin saytı Sumqayıtda hüquq pozuntuları və korrupsiya haqqında tənqidi materialların nəşrindən sonra bloklanıb.
Bütün bu hallarda dövlət orqanları saytların bloklanması ilə əlaqələrinin olmadığını bildirirlər. -02B-
-
- Sənaye
- 6 Fevral 2020 22:52
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz