Тале Багирзаде
Penitensiar Xidmət Taleh Bağırzadəyə təzyiq göstərilməsini inkar edir
Bakı/15.02.19/Turan: Penitensiar Xidmət Qobustan həbsxanasında din xadimi Taleh Bağırzadəyə işgəncələr verilməsi və onun aclıq etməsi barədə məlumatları bir daha təkzib edib.
Məlumatda deyilir ki, T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bəzi KİV-ə bildirib ki, onun ərinə təzyiq göstərilir, vəkilləri ilə görüş verilmir, telefon danışıqlarından məhrum edilir. Bu səbəbdən uzun müddətdir ki, aclıq edir.
Penitensiar Xidmət bildirib ki, fevralın 12-də həbsxananın rəisi Aftandil Ağayev T.Bağırzadənin atasını və həyat yoldaşını qəbul edib.
"Görüş zamanı onlarla izahedici söhbətlər aparılıb, narahatlığa heç bir əsasın olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, Talehə qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb", - məlumatda qeyd olunub.
Penitensiar Xidmət bildirib ki, T.Bağırzadə özü vəkillə görüşdən və telefon danışıqlarından imtina edib.
"Qohumlarının narahatlığını anlayaraq həbsxana rəisi Taleh Bağırzadəyə xidməti otağında onlar ilə görüşməsi üçün şərait yaradıb. Lakin məhbus otağa girərkən qohumlarının çıxmasını tələb edib. Rəis narazılığının səbəbini soruşduqda "mən gündəmdə qalmaq istəyirəm, bu, mənim şansımdır" deyib.
Xatırladaq ki, ötən gün T.Bağırzadənin həyat yoldaşı Turan agentliyinə bildirmişdi ki, T.Bağırzadə ona təzyiqlərin davam etdiyini, telefon danışıqlarına imkan verilmədiyini və aclığı davam etdirdiyini söyləyib.
L.İsmayılzadə ərinin zəif, arıqlamış, yorğun vəziyyəədə olduğunu deyib.
Qeyd edək ki, müstəqil hüquq-müdafiə qurumları Azərbaycan həbsxanalarında monitorinq aparmaq imkanlarından məhrumdur. -03B06-
-
- İqtisadiyyat
- 15 Fevral 2019 13:55
-
- İqtisadiyyat
- 15 Fevral 2019 14:17
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz