Polad Aslanov özünü günahkar saymır
Bakı/18.02.20/Turan: “Xeberman.com” saytının baş redaktoru, dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında ifadə verib.
Hakim Faiq Gəniyevin sədrliyi ilə keçirilən prosesdə P.Aslanov iddiaları rədd edib.
O, istintaq zamanı ilkin ifadəni təzyiq altında verdiyini bildirib.
P.Aslanov bildirib ki, həbsinin əsl səbəbi xüsusi xidmət əməkdaşlarının zəvvarların Məşhəd və Kərbəlaya Həcc ziyarətini təşkil edən turizm firmasından rüşvət alması barədə yazının dərcidir.
P.Aslanov dövlət sirrinə aid edilən məlumatların mükafat müqabilində İranın xüsusi xidmətinə ötürülməsi barədə ittihamı rədd edib.
O deyib ki, özü və başqa medianın nümayəndəsi bir xeyriyyə təşkilatı tərəfindən İrana dəvət olunublar və həmin şirkətdən yalnız səyahət xərcləri üçün 100 manat alıblar. İranlılardan bundan başqa pul almayıb.
P.Aslanov bildirib ki, hətta milli təhlükəsizlik naziri Eldar Mahmudovun vaxtında onu nazirliyə çağıraraq hədələyiblər.
P. Aslanova görə, Antiterror Mərkəzinin keçmiş rəis müavini, sonradan istintaq təcridxanasında intihar etmiş İlqar Əliyev şəxsən ona təzyiq göstərib.
O həmçinin əvvəlki iclasın qapalı keçirilməsinə etiraz edib.
Məhkəmə prosesi fevralın 20-də davam edəcək.
Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Dekabrda ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb. Lakin həmin iş üzrə zərərçəkən kimi tanınmış Dəyanət Babayev fevralın 10-da şikayətindən imtina edib. 06B-
-
- İqtisadiyyat
- 18 Fevral 2020 11:43
-
- İqtisadiyyat
- 18 Fevral 2020 11:48
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz