Polis AXCP tərəfdarlarını məhkəmənin qarşısından dağıdıb
Bakı/07.01.19/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP-nin "Qanunsuz maliyyələşdirilməsi haqqında" cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Məhkəmənin qarşısında 100-ə yaxın insan - təqsirləndirilən şəxslərin tərəfdarları yığışıb. Amma zala cəmi bir neçə nəfər, o cümlədən AXCP lideri Əli Kərimli buraxılıb.
Müstəqil mətbuat nümayəndələri də prosesə buraxılmayıb. Müxalifətin qalan tərəfdarları məhkəmə binasının qarşısında qalıb. Amma yığışanlar sakitcə dayanmalarına baxmayaraq, gücləndirilmiş polis dəstələri onları dağıdıb. Bu zaman beş nəfər, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının üzvü Vahid Məhərrəmli, AXCP-nin iqtisadi komissiyasının sədri Nemət Əliyev, partiya fəalı Kənan Basqal və daha iki fəal saxlanılıb.
Xatırladaq, üç AXCP fəalı - partiyanın rəyasət heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov rayon təşkilatının rəhbəri Babək Həsənov, gənclər komitəsinin fəalı Ruslan Nəsirli, habelə Gədəbəy rayon icra hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli məhkəmə qarşısına çıxarılıb.
2018-ci il mayın 26-da ölkənin Baş Prokurorluğu onların AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" ittihamı ilə həbs edildiyini bildirib. Onlar qanunsuz sahibkarlıqda, cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında və s. ittiham olunublar.
AXCP qanunsuz maliyyə vəsaiti almaq ittihamlarını təkzib edib. Həbs edilənlər hamısı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıblar. -21C-
-
- Söz istəyirəm
- 7 Yanvar 2019 13:31
-
- Cəmiyyət
- 7 Yanvar 2019 14:19
Cəmiyyət
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Rəy yaz