Мамед Ибрагим
Prokuror Məmməd İbrahimin 6 ay azadlıqdan məhrum edilməsini istəyir
Bakı/08.12.18/Turan: Bu gün Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror onun 6 ay 2 gün azadlıqdan məhrum olunmasını istəyib.
M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və xuliqanlıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Cəza müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. Sentyabrın 28-da Yasamal Rayon Məhkəməsi M.İbrahimi 2 ay müddətinə həbs edib.
Bugünkü iclasda şahid Mirzə İsgəndərov çıxış edib. O 16 saylı koloniyanın məhbusu olub və iş üzrə şahid qismində cəlb edilib. O deyib ki, M.İbrahimin yastığının altına bıçağı kimin qoyduğunu görməyib.
M.İsgəndərovu çağıranda artıq bıçaq "tapılmışdı", o, sadəcə, protokolu imzalayıb.
Sonra vəkil Nazim Musayev çıxış edib. O, diqqəti ona yönəldib ki, şahid ifadələri göstərdi ki, bıçaq M.İbrahimə məxsus olmaya bilər. İttihamnamə aktında bıçaqın mənşəyi göstərilməyib. Koloniyada bıçağı saxlamaq üçün yardımçı otaq yoxdur. Deməli, onu koloniyaya kənardan gətiriblər. Lakin istintaq heç bir araşdırma aparmayıb.
Vəkil M.İbrahimə bəraət verilməsini xahş edib. İkinci vəkil Cavad Cavadov həmkarını dəstəkləyib. O diqqəti koloniya rəhbərliyinin M.İbrahimə verdiyi xasiyyətnaməyə yönəldib. Orada yazılıb ki, M.İbrahim AXCP sədrinin müşaviridir və sələfiliyi təbliğ edir. AXCP qanunla fəaliyyət göstərən təşkilatdır, sələfilik isə Azərbaycanda qadağan olunmayıb, vəkil qeyd edib.
Məhkəmə prosesi 10 yanvar saat 11.30-da davam edəcək.-21C--
-
- Foto sessiyalar
- 8 Yanvar 2019 14:17
-
- Söz istəyirəm
- 8 Yanvar 2019 14:27
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz