
Bakı/18.03.19/Turan: Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun işi üzrə məhkəmə prosesi başa çatıb. Ona qarşı CM-in 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Buna səbəb musavat.com saytında dərc edilən "Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı" məqaləsinin və repotyor.info-dan "Azərenerji" yoxlanılır, Pirverdiyev "elektrik terroru"- fin korrupsiyası"na görə dindirilir" məqaləsinin təkrar dərci səbəb olub.
Müttəhim ittihamları rədd edərək deyib ki, yazılarda dövlət əleyhinə çağırış yoxdur, söhbət 2018-ci il iyulun 3-də baş vermiş blekaut zamanı məmurun günahından gedir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iclas zamanı dövlət ittihamçısı çıxış edib. O, jurnalistin 2 il sınaq müddəti olmaqla şərti olaraq 5 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.
Proses martın 19-da davam edəcək.06D--
Rəy yaz