Qaçan ikinci məhbus zərərsizləşdirilib
Bakı/02.11.17/Turan: Ötən gecə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı oktyabrın 23-də etap zamanı qaçan məhbus Etibar Məmmədov öldürülüb.
Baş Prokurorluğun və DİN-in məlumatına görə, "Qoca" ləqəbi ilə tanınan Məmmədovun saxlanılması əməliyyatı zamanı onunla hüquq-mühafizə orqanları arasında atışma olub.
Atışma nəticəsində E.Məmmədov öldürülüb, ona qaçışda yardım edən Anar Əsgərov və Şahmar Bəyəlizadə isə yaralanıb.
Məmmədov oktyabrın 23-də dəmir yolu qaravulunun müşaiyəti ilə xüsusi təyinatlı Bakı-Astara-Bakı qatarı ilə Bakıya etap olunarkən qaçan iki məhbusdan biri idi.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da həbsdən qaçan Əli Ağami həbs edilib, Etibar Məmmədov isə gizlənib.
Məhbuslar qaldıqdan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 21 işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad edilib. Dörd nəfər, o cümlədən konvoy batalyonunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev həbs edilib. --0--
-
- Cəmiyyət
- 2 Noyabr 2017 13:09
-
- İqtisadiyyat
- 2 Noyabr 2017 13:34
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz