Qanuna son düzəlişlər ifadə azadlığını məhdudlaşdırır - ekspert
Bakı/17.03.20/Turan: Bu gün ölkə parlamentinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna etdiyi dəyişiklik həm Konstitusiyaya, həm də Avropa Konvensiyasına, Avropa Məhkəməsinin ifadə azadlığı hüququ ilə bağlı presedent hüququna ziddir. Media hüquqları üzrə ekspert Xalid Ağaliyev belə hesab edir.
Ekspert xatırladıb ki, sözügedən qanuna ilk dəfə 3 il əvvəl ciddi dəyişikliklər edilib. Həmin vaxt qanuna internet resurslarını blok etməyə imkan verən dəyişikliklər edilmişdi. Bu dəyişikliklər Avropa İnsan Hüquqları Konstitusiyasına uyğun deyildi və ifadə azadlığını məhdudlaşdırırdı.
Hazırki dəyişikliklər isə saytların bloklanmasını daha da asanlaşdırıb.
"Bu dəyişikliklər məhkəmələrə, internet resursları bloklamaq sahəsində təşəbbüs hüququ olan müvafiq qurumlara ifadə azadlığına istədikləri zaman məhdudiyyət tətbiq etmək üçün olduqca geniş imkanlar verir", deyə Ağaliyev bildirib. -16D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz