Qarabağda etiraz aksiyaları səngiyib
Yerevan /05.06.18/Turan: Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda etiraz edən sakinlərə müraciətindən sonra mitinqlərin təşkilatçıları bildiriblər ki, etiraz aksiyaları dayandırılıb.
Bu, N.Paşinyanın müraciətindən və yerli separatçıların lideri Bako Saakyanın bir neçə mülki şəxsi döyən hərbçilərin cəzalandırılacığını vəd etməsindən sonra baş tutub.
Lakin yerli mənbələr güman edirlər ki, etirazların səbəbi çox dərindir, hərbçilərin mülki şəxsləri döyməsi sosial partlayış üçün bəhanədir.
Yerli əhali özlərini ev sahibi kimi aparan, hətta polislə hesablaşmayan hərbçilərin özbaşınalığından narazıdır.
Xankəndinin mərkəzi yerli sakinlər tərəfindən iki gün blokadaya alındıqdan sonra yerli hakimiyyət Təhlükəsizlik Xidmətinin 15 xüsusi təyinatlı əməkdaşının həbs olunduğunu bildirib.
Ermənistandakı son dəyişikliklər də Qarabağda əhval-ruhiyyəyə təsir göstərib. Belə ki, adamlar küçələrə çıxaraq islahatlar aparılmasını və korrupsiyaya son qoyulmasını tələb edirlər.
Təsadüfü deyil ki, Qarabağda etiraz aksiyasında çıxış edənlərin çoxu yoxsulluqdan, emiqrasiyadan, məmur ozbaşınalığından şikayət edib.
Mitinqçilər bildiriblər ki, əgər hakimiyyət onların çoxsaylı sosial-iqtisadi tələblərini yerinə yetirməsə etiraz aksiyalarını bərpa edəcəklər.02D-
-
- İqtisadiyyat
- 5 İyun 2018 17:45
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz