Qobustan həbsxanasında dini fəalların aclıq aksiyası
Bakı/04.02.19/Turan: "Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Bağırzadə və bu hərəkatın fəalı Abbas Hüseyn (Hüseynov) Qobustan həbsxanasında aclıq aksiyası keçirir.
Bu barədə Siyasi Məhbus Ailələri Mərkəzinin üzvü, AXCP sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur Abbas Hüseynin ailəsinə istinadla bildirib.
"Abbas Hüseyn Qobustandadır. Orada Taleh Bağırzadə beşinci, Abbas Hüseynov ikinci gündür ki, aclıq edir. Onlara qarşı təzyiq və işgəncələr davam edir. Doğmaları bildiriblər ki, Abbas bu barədə telefonla məlumat verdikdə belə ona təzyiq göstərilib və telefonun dəstəyi əlindən alınaraq, danışmasına imkan verilməyib", deyə Yağmur qeyd edib.
Onun sözlərinə görə, Bağırzadəni telefonla danışmaq imkanından, hamamda çimmək hüququndan məhrum ediblər.
Məhkumlar bildirirlər ki, işgəncələrə şəxsən həbsxana rəisi Aftandil Ağayev rəhbərlik edir.
Bir müddət əvvəl Bağırzadə yerli və beynəlxalq təşkilatlara, sosial şəbəkə fəallarına, Demokratik Qüvvələrin Milli Şurasına Qobustan həbsxanasında məhkumlara qarşı repressiyalara biganə qalmamaq çağırışı ilə müraciət edib.
Bağırzadə və Hüseyn 2016-cı ilin noyabrında Nardaranda xüsusi əməliyyat zamanı həbs ediliblər və terrorizm və digər ağır cinayətlərdə ittiham olunaraq, 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Yerli hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. -06B-
-
- Siyasət
- 4 Fevral 2019 18:23
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz