Rafael Hüseynov 30 sutka həbs edilib (yenilənib)
Bakı/02.03.19/Turan: Gənc fəal Rafael Hüseynov yenidən inzibati qaydada 30 sutka həbs olunub. Bu barədə Turan-a onun atası Füzuli Hüseynov bildirib.
Onun sözlərinə görə, Mehdiabad qəsəbəsi polis bölməsində ona deyiblər ki, fevralın 28-də axşam onun oğlunu Abşeron Rayon Polis İdarəsinə aparıblar.
Həmin idarədə F.Hüseynova bildiriblər ki, oğlu inzibati qaydada 30 sutka həbs olunub. Lakin həbsin səbəbini açıqlamayıblar.
F.Hüseynov qeyd edib ki, Abşeron Rayon Polis İdarəsində cəza çəkmək üçün lazımi şərait yoxdur.
Onun sözlərinə görə, saxlama kameraları uzunmüddətli həbs üçün nəzərdə tutulmayıb.
"Mən özüm də Abşeron polisində saxlanılmışam. Orada şərait çox pisdir. Kameralar qızdırılmır, antisanitariya hökm sürür, qidalanma çox pisdir. Başa düşmürəm, inzibati qaydada həbs edilənlər üçün xüsusi məntəqənin olduğu halda niyə oğlumu Abşeron polisində saxlayırlar", - F.Hüseynov qeyd edib.
O deyib ki, oğlu fəal vətəndaş mövqeyi ilə əlaqədar uydurma ittihamlarla təqib olunur.
Qeyd edək ki, AXCP üzvü R.Hüseynov siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına aksiyalar keçirməklə tanınır. Buna görə saxlanmalara, cərimə və həbslərə məruz qalıb.-06D--
* * *
2019 Mart 02 (Şəmbə) 13:29:12
Gənc fəal Rafael Hüseynov yenə saxlanılıb
Bakı/02.03.19/Turan: Gənc fəal Rafael Hüseynov inzibati həbsdən azad edildikdən 4 gün sonra yenidən saxlanılıb. Bu barədə Turan-a onun atası, AXCP fəalı Füzuli Hüseynov bildirib.
F.Hüseynovun sözlərinə görə, R.Hüseynov 30 sutkalıq inzibati həbsdən sonra fevralın 24-də azadlığa çıxıb.
Fevralın 28-də axşama yaxın üç nəfər mülki geyimli şəxs onun evinə gəlib. Onlardan biri özünü Mehdiabad qəsəbəsi polis bölməsinin əməliyyat müvəkkili kimi təqdim edib. Onlar deyiblər ki, Rafael ilə "söhbət etməlidirlər".
"Oğlum evdə yox idi. Bir saatdan sonra sonra Rafael gəldi və biləndə ki, onu axtarırlar, özü polisə getdi. Bu, axşam saat 20:00-a yaxın baş verib. O vaxtdan heç bir məlumat yoxdur. Dünən gözlədik ki, bəlkə qayıdar. Polis heç bir informasiya vermir", - fəalın atası deyib.
Xatırladaq ki, Rafael Hüseynov yanvarın 25-də siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına etiraz aksiyası keçirdiyinə görə saxlanılmışdı.-06D--
-
- Cəmiyyət
- 2 Mart 2019 12:35
Cəmiyyət
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz