Real TV üç əməkdaşı ilə müqavilə imzalamayıb
Bakı/18.02.20/Turan: Real TV-nin əməkdaşları Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu işdən uzaqlaşdırılıb. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Ləman Ələşrəfqızı və Afət Telmanqızı fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olub. Hər iki jurnalistin namizəd olduğu seçki dairəsi üzrə lider namizəd iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür.
Jurnalistlər televiziya rəhbərliyinin onlara seçkilərin saxtalaşdırılması ilə bağlı sosial şəbəkələrdə yazdıqlarını silməsini təklif edib. Bu zaman hər iki jurnalist buna etiraz edib. Beləliklə, televiziya rəhbərliyi jurnalistlərlə müqavilə imzalamaqdan imtina edib.
Ləman Ələşrəfqızı seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verildiyini bildirib.
“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənimlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”, deyə o qeyd edib.
Afət Telmanqızı isə meydan.tv saytına bildirib ki, məsələ onun üçün qapanıb.
“Əlbəttə, qarşı tərəf deməyəcək ki, işdən azad ediblər. Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər? Ona görə nə istəyirlər yazsınlar”.
Telmanqızı sosial şəbəkədə seçki saxtakarlığına etiraz etdikləri üçün işdən çıxarıldıqlarını deyib.
“Qarşımızda şərt qoyuldu. Sosial şəbəkədə yazdıqlarımızı silməli, ya da işdən çıxmalıydıq. Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur”, deyə Afət Telmanqızı qeyd edib.
Öz növbəsində, real.tv saytı bildirib ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə Real TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır. “Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, Real TV-nin əməkdaşları Afət Məhərrəmova (Telmanqızı) və Ləman İsmayılova (Ələşrəfqızı) ilə xidməti müqavilə uzadılmayıb. Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”, deyə televiziya bildirib.
Real TV-nin açıqlamasında işdən çıxarıldığı bildirilən İlqar Mikayıloğlu barədə hər hansı məlumat yer almır.
Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən, Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəddir.
İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova 81 saylı Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürüb. -0-
-
- Maliyyə
- 18 Fevral 2020 14:46
-
- İqtisadiyyat
- 18 Fevral 2020 16:00
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz