�Realliq.info� saytının redaktoru təcridxanada aclıq edir
Bakı/26.01.19/Turan: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan "Realliq.info" saytının baş redaktoru İkram Rəhimov yanvarın 21-dən müddətsiz aclıq edir.
Onun doğmaları Turan-a bildiriblər ki, İkram ona qarşı irəli sürülən ittihamlara etiraz olaraq aclıq edir. İ.Rəhimov aksiya barədə DTX rəhbərliyini məlumatlandırıb.
İ.Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra onun həbsinə sanksiya verilib.
O, saxlanmadam öncə bildirib ki, prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.
O, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı (CM-in 182.2.1 və 1822.2-ci maddələri) ilə həbs olunub. Dekabrın 20-də məhkəmə həbs müddətini 2 ay 28 gün uzadıb.
İ.Rəhimov 2016-cı ildə də böhtana görə bir il müddətinə həbs olunmuşdu, lakin vaxtından əvvəl azadlığa buraxılmışdı. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. -06B-
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz