Ruhullah Axundzadənin səhətində yenidən problem yaranıb
Bakı/17.12.19/Turan: Azərbaycan İslam Partiyasının sədr müavini Ruhullah Axundzadənin səhətində yenidən problem yaranıb.
Bu barədə onun yaxınları məlumat veriblər.
Məlumatda bildirilir ki, 65 yaşlı siyasi məhbus miokard infaktdan sonra aldığı müalicə öz təsirini göstərməyib.
"2013-cü ilin may ayında miokrd infaktı keçirən Ruhullah Axundzadə bu barədə müalicə alsa da mövcud şərait və qərəzli münasibət onun sağalmasına deyil, xəstəliyinin daha da şiddətlənməsinə səbəb olub. Hipertoniyadan əziyyət çəkən R. Axundzadənin müxtəlif xəstəliklər səbəbindən dərman asılılığı hal hazırda gözlərinin tutulması, kəskin böyrək çatışmamazlığı, qara ciyərində ciddi zədə və qarın boşluğu problemlərinin intensivliyinə gətirib çıxarıb. Son günlər isə o ağırlaşan vəziyyəti səbəbindən gündəlik həbsxana qaydlarına belə riayət edə bilmir. Ayaq üstə sərbəst dayana bilməyən Ruhullah Axundzadə dərmanların da ona kömək göstərmədiyini bildirir. Dəfələrlə Pentesiar xidmətin Müalicə Mərkəzində olan Axundzadə hal hazırda çox çətin durumdadır. O xəstəxanada da ona qərəzli yanaşıldığını, lazımlı müalicə göstərilmədiyini vurğulayır. Hətta son günlər məhkum həyatı yaşadığı 15 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyətinin çətin olması ilə bağlı dəfələrlə rəhbərliyə müraciətinə baxmayaraq Pentesiar xidmətin tibb personalı onu müayinə və müalicə etmək istəmir. Axundzadə bütün bu davranışların onun siyasi fəaliyyəti ilə əlaqəli olduğunu düşünür", - deyə yaxınları qeyd edirlər.
Səhhəti ilə bağlı narahatlıq yaşayan Axundzadənin ailəsi yardım üçün müxtəlif əlaqədar təşkilatlara və qurumlara müraciət etməyə hazırlaşırlar.
Onlar ölümə qurban verilmədən Axundzadəni xilas edəcəklərinə ümid etdiklərini diqqətə çatdırırlar.
Xatırladaq ki, Azərbaycan İslam Partiyasının sədr müavini, Astara rayon təşkilatının sədri Ruhullah Axundzadə 2011-ci il yanvar ayının 21-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Uzun sürən məhkəmədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Yaxınları, özü və vəkilləri təqsirsiz olduğunu vurğulayırlar.-0-
-
- Cəmiyyət
- 17 Dekabr 2019 17:44
-
- Keçmiş Sovet məkanı
- 17 Dekabr 2019 21:15
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz