
Bakı/07.03.19/Turan: Bu gün zəlzələ nəticəsində ziyan dəymiş zonaya baş çəkən dövlət başçısı İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat ayırıb.
Vəsait ölkə prezidentinin Ehtiyat Fondundan ayrılır. Yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılır.
Şamaxı-İsmayıllı zonasında bu il fevralın 5-i gecə yarısı 4-5 bal gücündə zəlzələ baş verib. Onlarla ev və təsərrüfat obyektinə ziyan dəyib.
30 nəfər xəsarət alıb. -02D-
Rəy yaz