Şamaxı rayonunda zəlzələ nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib
Bakı/06.02.19/Turan: Fevralın 5-də baş vermiş zəlzələ ciddi fəsadlar törətməyib. Şamaxı Rayon İcra Hakimiyyətindən Turan-a bildiriblər.
Bəzi yerlərdə köhnə tikililərin divarları uçub. 20-25 yaşayış və təsərrüfat obyektinə qizmən ziyan edib. Tələfat yoxdur.
İsmayıllı rayon administrasiyasından bildiriblər ki, əvvəllər qəzalı vəziyyətdə olan tikililərdə çatların əmələ gəlməsi, köhnə tikililərdə divarların və hasarlarn uçması barədə məlumatlar var. Ancaq insan tələfatı yoxdur.
İsmayıllı rayonunda həyat əhəmiyyətli kommunikasiya xidmətlərinə ziyan dəyməyib.
Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmətin məlumatına görə, sözügedən zonada dünənki zəlzələnin afterşokları davam edir. Lakin yeraltı təkanlar zəifdir və hiss olunmur.
Səhiyyə Nazirliyindən bildiriblər ki, Şamaxıda baş vermiş zəlzələ nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normaldır.
Eyni zamanda stresslə əlaqədar qan təzyiqinin artması ilə bağlı "təcili yardım"a 30 müraciət daxil olub. Bir pasiyentin vəziyyəti ağırdır. Onun beyninə qan sızıb, xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Zəlzələ fevralın 5-də yerli vaxtla saat 23.31-də İsmayıllı rayonu ərazisində Pirqulu stansiyasının 11 km.-də baş verib.
Yeraltı təkanlar episentrdə 6, ətraf rayonlarda 5.3 bal gücündə hiss edilib. Zəlzələnin ocağı 8 km. dərinlikdə olub.-D06--
-
- Cəmiyyət
- 6 Fevral 2019 10:50
-
- Sual-cavab
- 6 Fevral 2019 11:41
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz