Saxlanılan beş nəfər AXCP fəalından dördü buraxılıb (yenilənib)
Bakı/11.02.19/Turan: Sumqayıtda saxlanılan beş nəfər AXCP fəalından dördü polisdən buraxılıb.
Mahir Rüstəmli isə naməlum istiqamətə aparılıb, AXCP-dən bildiriblər. 0-
* * *
2019 Fevral 11 (Bazar ertəsi) 15:06:25
Sumqayıtda beş nəfər AXCP fəalı saxlanılıb
Bakı/11.02.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) beş fəalı bu gün Sumqayıtda saxlanılıb.
AXCP-dən Turan-a verilən məlumata görə, onlar Sumqayıt Apellyasiya Məhkəməsinin binası qarşısında saxlanılıblar. Belə ki, məhkəmədə partiyanın Şamaxı şöbəsinin rəhbəri, bundan öncə 30 sutkalığa həbs olunmuş Zahir Məmmədlinin işinə baxılırmış.
Fəallar Elnur Həsənov, Elvin Maqsudlu, Mahir Rüstəmli, Hidayət Rəsulzadə və Elman Ağayev Sumqayıt Polis İdarəsinə aparılıblar.
Z.Məmmədlinin şikayəti təmin olunmayıb.
O, fevralın 5-də Şamaxıda saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə 30 sutka həbs edilib.
AXCP-dən bildirilib ki, müxalifətin 19 yanvar mitinqindən öncə və sonra partiya fəallarına təzyiqlər artıb. 50-dən çox adam saxlanmaya, inzibati cərimələrə və həbslərə məruz qalıb.
Hakimiyyət vətəndaşların siyasi motivlərlə təqib olunmasını inkar edir.-06D--
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz