Səhiyyə Nazirliyi qızılcaya qarşı tədbirlər həyata keçirir
Bakı/29.01.19/Turan: Azərbaycanda aparılmış genişmiqyaslı profilaktik tədbirlərin nəticəsində 2013-cü ildən ölkədə qızılca xəstəliyi qeydə alınmayıb. Bu barədə bu gün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Lakin 2018-ci ildə bir çox Avropa ölkələrində o cümlədən qonşu Gürcüstanda bu xəstəlik yayıldıqdan sonra Azərbaycanda da xəstəlik halları qeydə alınıb.
Xəstələlən şəxslər 20-40 yaş arasında olanlar, həmçinin qızılca əleyhinə peyvənd olunmayanlardır.
Səhiyyə Nazirliyi xəstəliyin yayılmasının qarşısının alınması üçün uşaqların, eləcə də peyvəd olunmayan şəxslərin peyvənd edilməsi yönündə tədbirlər həyata keçirir. Bu məqsədlə nazirlik tərəfindən 160 min doz peyvənd alınacaq.
Səhiyyə Nazirliyi qızılca xəstəliyinə görə epidemioloji durumu nəzarətdə saxlayır, məlumatda deyilir.-05B06--
-
- İqtisadiyyat
- 29 Yanvar 2019 13:56
-
- Cəmiyyət
- 29 Yanvar 2019 14:31
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz