Səhiyyə Nazirliyi təkzib edir
Bakı/20.05.19/Turan: Səhiyyə Nazirliyi jurnalist Teymur Kərimovun anasının müalicəsi üçün pul tələb edilməsi haqqında iddialarını əsassız adlandırıb.
Mayın 18-də "Kanal-8" İnternet resursunun əməkdaşı Teymur Kərimov Səhiyyə Nazirliyi qarşısında növbəti təkbaşına aksiyasını keçirib və bunu videoya çəkib. O bildirib ki, dövlət xəstəxanasında ağır xəstə olan anasının müalicəsi üçün pul tələb edirlər.
Öz növbəsində, Səhiyyə Nazirliyi iddia edir ki, onun anası Fiqurə Kərimova 2019-cu ilin fevralında çoxsaylı mielomalar, üçüncü B mərhələ, xroniki böyrək çatışmazlığı diaqnozu ilə Hematologiya və Transfuziologiya Elmi Tədqiqat İnstitutunda dispanser uçotuna alınıb. Diaqnoz qanın ümumi laborator təhlili, biokimyəvi müayinələr, ilik müayinəsi və s. əsasında qoyulub. Müalicə kursu aparılıb və o, ambulator müalicəni davam etdirəcək. Bundan başqa, böyrək çatışmazlığı ilə əlaqədar xəstə dializ alır. -06D-
-
- Böyük Şərq
- 20 May 2019 13:17
-
- İqtisadiyyat
- 20 May 2019 13:47
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz