![Şəhriyar Məmmədyarov iddiaçıların turnirində ikinci yeri tutub](https://turan.az/resized/media/2018/main/032800008788-750-500-resize.webp)
Şəhriyar Məmmədyarov iddiaçıların turnirində ikinci yeri tutub
Bakı/28.03.18/Turan: Azərbaycan nümayəndəsi Şəhriyar Məmmədyarov Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirində ikinci yeri tutub.
Məmmədyarov 8 bal yığaraq, turnirin qalibi amerikalı Fabiano Karuanadaya bir balla uduzub.
Karuana final maçında Rusiya nümayəndəsi Qrişuka uduzsaydı, Məmmədyarov qalib ola bilərdi. Amma Karuana qara daşlarla oynayaraq, qalib gəlib.
Beləliklə, Karuana Norveçli Maqnus Karlsenlə görüşdə dünya çempionu adı uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Turnir təşkilatçılarının məlumatına əsasən, mükafat fondu 480 min avro təşkil edib. Turnirin qalibi 95 min avro, Şəhriyar Məmmədyarov isə 88 min avro əldə edib. Qalan iştirakçılar qalan məbləği turnir cədvəlindəki yerlərinə uyğun olaraq alacaqlar.
Qeyd edək ki, Məmmədyarovun hazırki nailiyyəti Qari Kasparovun şahmat üzrə dünya çempionu adı uğrunda mübarizədə qələbəsindən sonra Azərbaycan nümayəndəsi üçün ən yüksək göstəricidir. -02D-
-
- Söz istəyirəm
- 28 Mart 2018 11:58
-
- Siyasət
- 28 Mart 2018 13:21
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Rəy yaz