![İran prezidentinin Azərbaycana səfəri başlayıb](https://turan.az/resized/media/2018/main/032800008789-750-500-resize.webp)
İran prezidentinin Azərbaycana səfəri başlayıb
Bakı/28.03.18/Turan: Çərşənbə günü səhər İran prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gəlib. Ruhani Türkmənistana səfərindən sonra Azərbaycan paytaxtına səfər edib.
Səfər çərçivəsində Ruhaninin İlham Əliyevlə görüşləri və ikitərəfli sazişlər imzalanacağı gözlənilir.
Bundan başqa, İran prezidenti Neftçala rayonunda birgə avtomobil zavodunun açılışında iştirak edəcək.
İmzalanan sənədlər arasında Azərbaycandan İrana dəmir yolunun (Astara-Astara) tikintisinin maliyyələşdirilməsi haqqında saziş də var.
Tərəflər Xəzərdəki neft-qaz yataqlarının birgə işlənməsi imkanları haqqında da danışıqlar aparacaqlar. -02D-
Siyasət
-
"Nezıqar" teleqram kanalının yaydığı məlumata görə, RF Təhlükəsizlik Şurasında müvafiq idarələrin iştirakı ilə "Bakı tərəfindən yaradılan, ölkələr arasında bağlanmış müqavilələrə və sazişlərə, o cümlədən 2022-ci il tarixli Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Müqaviləyə zidd olan təcavüzkar gərginliyə" cavab tədbirləri variantları nəzərdən keçirilir.
-
Ötən həftə Azərbaycanda daha iki məşhur jurnalist həbs olunub. Şahnaz Bəylərqızı son aylar həbs edilmiş səkkizinci qadın jurnalist oldu.
-
Moskva Ermənistan və Azərbaycanın münasibətlərin uzunmüddətli tənzimlənməsi demək olan sülh müqaviləsi işləyib hazırlamasının tərəfdarıdır. Bu barədə RF XİN başçısının müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib.
-
Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.
Rəy yaz