![Şəkidə qəssablar tətil edirlər](https://turan.az/resized/media/2019/main/033100017826-750-500-resize.webp)
Şəkidə qəssablar tətil edirlər
Bakı/31.03.19/Turan: Şəkidə ət qıtlığı yaranıb. Buna rayondakı qəssabların tətil etməsi səbəb olub. Onlar bütün rayon üzrə ət kəsiminin bir sallaqxanaya yönəldilməsinə etiraz edirlər.
Burada bir kiçikbuynuzlu heyvanın kəsilməsinin qiyməti 10 manata, iribuynuzlu heyvanın kəsilməsi 25-30 manata başa gəlir. Bura baytarın da pulu daxildir. Yəni, xərclər təxminən iki dəfə artırılır. Bundan əlavə, heyvan kəsimi imkanları məhdudlaşdırılıb.
Rayonun tələbatı gün ərzində 100-150 qoyun, 20-30 iribuynuzlu heyvandır. Yeni sallaqxana çox kiçikdir, bu qədər heyvanı kəsməyə imkan yoxdur.
Hakimiyyət qıtlığı ört-basdır etmək üçün martın 29-da Şəkinin kənarında yarmarkada ət satışını təşkil edib. Lakin orada kəl ətindən başqa digər ət növləri yoxdur.
Qəssabların Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə danışıqları uğursuz olub. Agentlik bəzi qəssabların standartlara cavab verən şəxsi sallaqxanalarda da heyvan kəsməsinə icazə vermir.
Həmçinin bildirilir ki, rayonun kəndlərində də narazılıq baş qaldırıb, çünki sakinləri rayon mərkəzinə həmin sallaqxanaya getməyə məcbur edirlər.
Qəssablar ötən ilin iyulunda da tətil etmişdilər. Lakin o zaman bu, qısamüddətli olmuşdu və məsələ müvəqqəti olaraq həll edilmişdi. -06d--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 408
Rəy yaz