Şənbə günü yağıntı davam edəcək
Bakı/01.11.19/Turan: Noyabrın 2-də Bakıda və Abşeronda yağıntılar davam edəcək, bəzi yerlərdə intensiv olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +13 +15 dərəcə, gecə +10 +12 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da intensiv yağışlar gözlənilir, dağlara qar yağacaq. Güclü qərb küləyi əsəcək.
Aran rayonlarında hava +15 +18 dərəcəyə qədər isinəcək, dağlarda +7 +12 dərəcə isti olacaq. -02D-
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz