![Separatçı 16 il azadlıqdan məhrum edilib](https://turan.az/resized/media/2020/main/021400024653-750-500-resize.webp)
Separatçı 16 il azadlıqdan məhrum edilib
Bakı/14.02.20/Turan: Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Fəxrəddin Abbasovu 16 il azadlıqdan məhrum edib.
O, CM-in 281.2 (Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar), 283.1 (milli nifrətin salınmasına yönəlmiş hərəkətlər) və 274 (dövlətə xəyanət) maddələri ilə təqsirli bilinib.
F.Abbasovun barəsində cinayət işi 2018-ci ilin iyulunda başlayıb.
2018-ci il fevralın 28-də Rusiyadan Azərbaycana deportasiya edilib.
F.Abbasov Azərbaycanı tərk edib və Rusiyada olduğu müddətdə Azərbaycan dövlətçiliyinə qarşı çıxışlar edib. O, tez-tez Ermənistana gedirək Azərbaycanın bölünməsinə açıq çağırışlar edib, talışları bundan ötrü mübarizəyə qalxmağa çağırıb. –0-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz