Niderland polisi azərbaycanlı siyasi mühacirlərə təhlükə barədə xəbərdarlıq edir
Bakı/14.02.20/Turan: Siyasi mühacirətdə olan müxalifçi jurnalist Türkel Azərtürk bildirib ki, Niderland polisi sui-qəsdin hazırlanması barədə xəbərdarlıq edib.
“Dünən axşam Niderland polis əməkdaşları bizə gəldi. Dedilər ki, etibarlı mənbələrdən (Azərbaycanda) alınan məlumata görə, mənə və daha 9 nəfərə sui-qəsd hazırlanır. Polis fakt üzrə araşdırma aparır və aşağıdakı şəxslərə ehtiyatlı olmağı tövsiyə edir: maksimum tədbirləri: Qənimət Zahidov (Zahidov), Emin Əhmədbəyov, Turkel Azərsoy (Azərtürk), Leyla Yunus, Arif Yunus, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli”, - T.Azərtürk Facebook səhifəsində yazıb.
T.Azərtürk yazır ki, son günlər yaşadığı ərazidə naməlum şəxslər tərəfindən izləndiyini hiss edib.
Bundan öncə Leyla və Arif Yunuslar da oxşar məlumat yaymışdılar.—06D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz