![Hakimiyyət yenə də müxalifəti Lökbatana göndərir](https://turan.az/resized/media/2020/main/021400024651-750-500-resize.webp)
Hakimiyyət yenə də müxalifəti Lökbatana göndərir
Bakı/14.02.20/Turan: Bakı meriyası yenidən müxalifətə fevralın 16-na təyin etdiyi mitinqi paytaxtdan 20 km. uzaqda, Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun stadionunda keçirməyi təklif edib. Bu barədə Turan-a D18 Hərəkatının rəhbəri Ruslan İzzətli məlumat verib.
Fevralın 11-də Müsavat və Respublikaçı Alternativ partiyaları və D18 Hərəkatı, habelə iki müstəqil namizəd meriyaya bildiriş göndərərək seçkilərin saxtalaşdırılmasına etiraz olaraq bazar günü “28 may” metro stansiyasının yaxınlığında mitinq keçirmək niyyətini açıqlayıb.
Növbəti gün meriyası buna mənfi cavab verib. Ancaq bir neçə saatdan sonra fikrini dəyişib və mitinqi Lökbatanda keçirməyi təklif edib.
Fevralın 13-də təşkilatçılar yenidən meriyaya müraciət ediblər və mitinqi şəhərin mərkəzində keçirmək istədiklərini bildiriblər. Bu gün saat 17:00-da təşkilatçılar paytaxt Polis İdarəsinə çağırılıblar. -16C06-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz