Sərhədçilər 7 kq narkotik götürüb
Bakı/29.06.18/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində böyük partiya narkotik maddə müsadirə edilib.
DSX-nin mətbuat xidmətinin məlumatına görə, iyunun 28-də saat 03:15 radələrində Yardımlı-Masallı yolunda DSX əməkdaşları şübhəli avtomobil müşahidə ediblər. Avtomobilin sürücüsü və sərnişinlərindən biri saxlanılıb, digər sərnişin qaçıb gizlənməyə müvəffəq olub.
Axtarış zamanı maşında 2 kq tiryək və 5 kq həşiş müsadirə edilib. Cinayət işi açılıb. Lənkəran rayonunun Liman qəsəbə sakini Heydər Əkbərov və Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini Babək Həsənov şübhəli şəxs qismində saxlanılıb. Hazırda onların qaçan əlbirlərinin tutulması üzrə tədbirlər həyata keçirilir. -0-
-
- Sual-cavab
- 29 İyun 2018 11:37
-
- Cəmiyyət
- 29 İyun 2018 11:48
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz