Siyasi məhbusların vəziyyəti müzakirə edilib
Bakı/10.01.19/Turan: Yanvarın 10-da Siyasi Məhbusların Müdafiə Mərkəzi bir qrup vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ölkədə siyasi məhbusların vəziyyətinə dair Müsavat Partiyasının qərargahında dinləmələr keçirib.
Son günlər aktuallıq kəsb edən bloger Mehman Hüseynova qarşı cinayət işinin başlanması və buna etiraz olaraq M.Hüseynovun aclıq aksiyasına başlaması xüsusi diqqət mərkəzində olub.
Çıxış edən natiqlər hakimiyyətin etiraf etməməsinə baxmayaraq, ölkədə 150 nəfərdən yuxarı siyasi məhbus olduğunu vurğulayaraq, bu halı birmənalı olaraq pisləyiblər.
Natqilərin, demək olar ki, hamısı belə hesab edirlər ki, bu qədər siyasi məhbusun olması özü ölkədə insan haqlarının hansı vəziyyətdə olmasının göstəricisidir.
Çıxış edənlər belə bir yanaşmada da həmrəy olublar ki, bütün siyasi məhbuslar və o cümlədən M.Hüseynov həbsdən azad olunmalıdır, ölkədə siyasi məhbus olmamalıdır.
Tədbirin ikinci hissəsi də olub. Belə ki, yanvarın 10-u hazırda həbsdə olan siyasi məhbuslar Əfqan Muxtarlı və Fuad Əhmədlinin ad günlərinə təsadüf edir. Bu şərəfə tədbir iştirakçıları rəmzi "tort kəsmə" mərasimi keçirərək siyasi məhbuslara ad günlərini azadlıqda keçirmək arzularını ifadə ediblər.
Xatırladaq ki, ölkənin bir sıra hüquq müdafiə qurumları ölkədə 150 nəfərdən çox siyasi məhbus olduunu bildirsələr də, rəsmilər bunu təkzib edirlər. Hakimiyyət ölkədə siyasi məhbus olmadığını, həbs olunanların konkret cinayət əməlinə görə həbs oldunduqlarını bildirir.--0--
-
- Foto sessiyalar
- 10 Yanvar 2019 16:20
-
- Sosial sahə
- 10 Yanvar 2019 16:42
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz