SOCAR-la bağlı araşdırmadan sonra Meydan TV-nin saytına DDOS hücumlar başlayıb
Bakı/09.05.19/Turan: 10 gündən artıqdır Meydan TV-nin saytına davamlı DDOS (xidmətdən imtina hücumu - Denial of Service attack) hücumlar edilir. Məqsəd şəbəkə resursunun normal işini pozmaqdır. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir".
Bu hücumlar əsasən SOCAR-la bağlı dərc edilən araşdırmalardan sonra başlayıb və nəticədə sayta giriş məhdudlaşıb.
Bu, ilk hal deyil. SOCAR-la və ya onun prezidenti Rövnəq Abdullayevlə bağlı yazılar dərc olunduqda sayta DDOS hücum başlayır. Eyni hal Rövnəq Abdullayev, onun rəhbərlik etdiyi qurumlar haqda yazan saytlara da tətbiq edilir. Dəfələrlə bu haqda sosial şəbəkələrdə paylaşımlar edilib.
Meydan TV-nin İT mütəxəssislərinin ilkin araşdırmasına görə, hücumlar əsasən Azərbaycan daxilindən və bir neçə xarici serverlərdən edilir. Hazırda Meydan TV-nin iş fəaliyyətinin bərpası istiqamətində iş gedir.-0-
-
- Cəmiyyət
- 10 May 2019 11:24
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz