
Bakı /02.12.19/Turan: Fırtına səviyyəsinə çatan güclü külək səbəbindən dekabrın 2-də SOCAR 420-dək neftçini dəniz platformalarından evakuasiya edib. Bu barədə Dövlət Neft Şirkətinin məlumatında bildirilir. Qeyd olunur ki, təhlükəsizlik tədbirləri gücləndirilib və açıq səma altında işlər məhdudlaşdırılıb.
Sinoptiklərin proqnozlarına görə, dekabrın 2-də Abşeronda küləyin sürəti saniyədə 25 metrə çatacaq, dalğanın hündürlüyü 4-5 metr olacaq.
Qeyd edək ki, ötən illərdə qasırğa küləkləri səbəbindən SOCAR-ın müxtəlif dəniz obyektlərində ümumilikdə 50-dən çox adam həlak olub. Bəziləri tapılmayıb.02D-
Rəy yaz