Taleh Bağırov cərimə kamerasına salınıb
“Müsəlman Birliyi” Hərəkatının rəhbəri, həbsdə olan Taleh Bağırov martın 1-də cərimə kamerasına (karser) salınıb.
Vəkil Cavad Cavadov martın 2-də Taleh Bağırovla görüşüb. “Dünən Taleh Bağırovu 7 gun muddətinə cərimə kamerasına salıblar. Bağırov bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq huquqi addımlar atmaq niyyətindəyəm”, - C.Cavadov Facebook səhifəsində qeyd edir.
Taleh Bağırov noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.
T.Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.-03B-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz