Tanınmış vəkilə töhmət verilib
Bakı/25.02.19/Turan: Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarıyla vəkil Elçin Sadıqova bu gün töhmət verilib.
Vəkil Elçin Sadıqovun Facebook-da yaydığı məlumata görə, Vəkillər Kollegiyası bu qərarı onun ölkədə olmadığını nəzərə almadan çıxardıb.
Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkili olub. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.
"Baş prokurorluğun məni dinləməsi və onun əsasında AR Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar bu gün mənə töhmət veriblər. Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. AR Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi. Baş prokurorluğun konfidensial görüşüzün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı və RH ümumiyyətlə Y.Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda baş prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı." deyə o bildirib.
Vəkil son vaxtlar insan haqlarını müdafiə edən vəkillərin repressiyaların davam etidiyini qeyd edir.
"Azərbaycan Höküməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir. Bundan başqa VK rəhbərliyinin belə bir əsassəz şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun VK rəhbərliyinə qarşı təyziq imkanları genişdir." deyə o bildirib.
Elçin Sadıqov ölkəyə qayıdanda bu işlə bağlı İlham Əliyevə müraciət edəcəyini bildirib.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir. -16d-
-
- Siyasət
- 26 Fevral 2019 11:01
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz