Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirləri görüşəcəklər
Bakı/25.02.19/Turan: Martın 4-də Buxarestdə Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü olacaq. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva fevralın 25-də keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş zamanı Şərqlə Qərb arasında əlaqə üçün dəniz və quru yük daşınması marşrutunun yaradılması məsələləri müzakirə olunacaq.
"Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü ötən ilin oktyabrında Aşqabadda keçirilib.-03B-
Siyasət
-
Gənc talış tədqiqatçısı İqbal Əbilovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Turana onun vəkili Fariz Namazlı bildirib.
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
Rəy yaz