Mehman Əliyev

Mehman Əliyev

Bakı/27.04.21/Turan: "Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə yardım edən tibb bacılarının maaş almadıqlarına görə öz funksiyalarını yerinə yetirməməsilə bağlı hüquq müdafiəçisinin oğlunun bəyanatına dair  təkzibini təəccüblə oxudum", - Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

Müntəzəm olaraq Oqtay Gülalıyevə baş çəkən Mehman Əliyev son ayda tibb bacılarından bu barədə tez-tez eşidir.  

"Tibb bacıları deyirlər ki, fevral ayına qədər Gülalıyevə yardım etməyə görə haqq ödənilib, sonra bu ödənişlər kəsilib. Bununla əlaqədar onlar mənə və ailəyə bildiriblər ki, öz işlərini yerinə yetirməyəcəklər”, - o deyib.

Ailənin bu məsələni yoluna qoymaq cəhdləri baş tutmayıb.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəhbəri Nizami Nəbiyevin fikirləri də Mehman Əliyevi təəccübləndirib. Belə ki, Nizami Nəbiyev bildirib ki, həkimlər Gülalıyevin sağalması üçün əllərindən gələni edirlər.

“Bununla əlaqədar mən cənab Nəbiyevi Gülalıyev 8 noyabr 2020-ci il tarixində Türkiyədən Bakıya qayıtdığı andan onu müayinə edən həkimlərin adlarını sadalamağa, həkimlərin başçəkmə tarixlərini, tibbi müayinə, tövsiyə və sair ictimaiyyətə təqdim etməyə çağırıram”, - o deyib.  

Əliyev bildirib ki, ailənin təkidilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göstərişinə əsasən ona ancaq bir həkim baş çəkib, o da aspiratorun (bəlğəmin çıxarılması üçün boğaza taxılmış boru) çıxarılmasından ötrü qərar qəbul etmək üçün gəlib. 

“Ola bilsin ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və cənab Nəbiyevin məlumatını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqlamasını yayan unikal.org saytı düzgün təfsir etməyib.  Əgər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat üçün məlumatları yayan öz saytı, mətbuat xidməti olsaydı o zaman mənim qaldırdığım məsələlər də olmazdı”, - Əliyev deyib və ümidvar olduğunu bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu problemləri aradan qaldıracaq və ictimaiyyəti çaşdırmayacaq.—0—

 

Rəy yaz

Cəmiyyət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti