Üç aydır ki, itkin düşən alpinistlərin axtarışı davam edir
Bakı/28.03.18/Turan: "Gilavar" Hava və Ekstrim İdman klubunun üzvləri Fəridə Cəbrayılzadə Fəridə, Babur Hüseynov Babur və Namin Bünyatzadənin axtarışı davam edir. Onlar dekabrın 24-də Tufandağa qalxmalıydılar.
FHN-nin məlumatına görə alpinistlərin axtarışı ilə əlaqədar martın 28-də Fövqəladə Hallar Nazirliyində əməliyyat müşavirəsi keçirilib. Müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər.
FHN-in təşkil etdiyi axtarış-xilasetmə işlərinə nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunublar.
Bundan əlavə, axtarışda tanınmış alpinist Sirxan Məmmədov da iştirak edir.
Qrup RECCOR xüsusi avadanlığından istifadə edərək uçqun olan yerləri sektorlara bölüb və cihazla scan edib. Axtarış işləri 2800-dən 3000 metrədək yüksəklikdə aparılıb. RECCOR sistemi telefon simkartlarını aşkar etməyə imkan verir. Ancaq qarın dərinliyi çox olub və cihazın gücü buna imkan verməyib.
Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlər lazımdır. Bunlar əldə edildikdən sonra axtarış işləri davam etdiriləcək, S.Məmmədov bildirib. yazıb.16D-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz