![Карина Оганесян](https://turan.az/resized/media/2018/main/032800008800-750-500-resize.webp)
Карина Оганесян
Erməni əsilli Estoniya vətəndaşı Bakıdan deportasiya edilib
Bakı/28.03.18/Turan: Estoniya vətəndaşı, erməni əsilli Karina Ohanesyan martın 23-də Bakı aeroportunda saxlanılıb və geriyə deportasiya edilib. Bu barədə martın 28-də Ermənistan KİV K.Ohanesyanın Instagram səhifəsinə istinadən məlumat yayıb.
K.Ohanesyanın sözlərinə görə, aeroportda onu 12 saat saxlayıblar, bundan sonra geri göndəriblər.
K.Ohanesyan Tallin Şəhər Şurası sədrinin müşaviri və Estoniya Mərkəzçi Partiyasının gənclər qanadının sədridir. O, pedaqoqların beynəlxalq elmi-praktiki konfransında iştirak etmək üçün Estoniya nümayəndə heyətinin tərkibində Bakıya gəlib.
Onun sözlərinə görə, öncədən elektron viza alıb və Estoniyadan tədbir iştirakçısı kimi qeydiyyatdan keçib.
K.Ohanesyanın yazdığı statusa görə, nə Estoniyanın Bakıdakı səfirliyinin nümayəndələri, nə də Estoniyadakı Azərbaycan diasporunun təmsilçisi problemi həll edə bilməyiblər.
Azərbaycan XİN mətbuat xidmətindən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, Estoniya vətəndaşının saxlanması və ölkədən çıxarılması ilə bağlı onlarda məlumat yoxdur.
Xatırladaq ki, artıq bir neçə ildir ki, Azərbaycan hakimiyyəti erməni əsilli şəxslərin ölkəyə səfərini ciddi şəkildə məhdudlaşdırır. Hakimiyyətin razılığı olmadan bunu etmək mümkün deyil.-02D-
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz