
Танки на параде в Москве
Ukrayna kəşfiyyatı: Rusiya tank ordusunu hələ 2020-ci ilin avqustunda Belarusa yeritməyi planlaşdırırdı
Bakı/19.04.22/Turan: Ukrayna hərbi kəşfiyyatının əldə etdiyi sənədlər Rusiyanın 1 tank ordusunun 9 avqust 2020-ci il tarixindən sonra Belarus ərazisinə hücum etməyə və bu əraziləri ələ keçirməyə hazırlaşdığına dəlalət edir.
"Belarusda prezident seçkilərinin saxtalaşdırılmasından sonra RF SQ hücum və xalq etirazlarının yatırılması planını işləyib hazırlayıb", bu barədə UNİAN Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadla məlumat yayıb.
Kəşfiyyat İdarəsindən qeyd edirlər ki, Rusiyanın "Avropa qitəsində NATO üzvü olan ölkələrlə regional və ya genişmiqyaslı müharibəyə cəlb edilməkdən yayınmaq bəhanəsi ilə" Belarusun işğal edilməsi planlaşdırılırdı. -0-
Rəy yaz