Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başlayıb
Unicapital İnvestisiya Şirkəti METAK istiqrazları üzrə sifarişlərin qəbuluna başlayıb. "METAK" MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac aprelin 19-da Bakı Fond Birjasında keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və "METAK"çıxış edir. Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satınalınmaya təqdim edilən istiqrazlar "Unibank KB" ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satınalınmaya təqdim edilən istiqrazların 50%-i "Unibank KB" ASC, 50%-i isə "METAK" MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi olanlar isə (9-12 ay) "METAK" MMC tərəfindən təmin ediləcək.
"METAK" MMC-nin yeni istiqraz emissiyasının anderrayteri Unicapital İnvestisiya Şirkətidir. İstiqrazların say və həcmindən asılı olmayaraq, Unicapital alıcılara sərfəli komissiya təklif edir. İstiqrazları alan şəxs komissiya və pulköçürmə haqqı olaraq cəmi 5 AZN ödəyəcək. Həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.
Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. Hər kəs Unicapital İnvestisiya Şirkətinə müraciət edərək, METAK istiqrazlarını hərracda əldə edə bilər.®
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz