Адвокат Эльчин Садыгов
Vəkilin Emin Aslan ilə görüşünə icazə verilməyib
Bakı/05.06.18/Turan: Ötən gün saxlanılan hüquqşünas Emin Aslanın DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olduğunu vəkil Elçin Sadıqova təsdiqləyiblər. Bu barədə Turan-a hüquq müdafiəçisi Anar Məmmədli bildirib. Ancaq vəkilin E.Aslan ilə görüşünə icazə verilməyib.
DİN E.Aslanın saxlanmasını şərh etmir. Xatırladaq ki, ABŞ-ın Sirakuza Universitetinin hüquq fakültəsinin magistri dərəcəsini alan E.Aslan ABŞ-dan qayıtdıqdan 4 gün sonra Bakının mərkəzində saxlanılıb.-16D-
-
- Maliyyə
- 5 İyun 2018 16:35
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz