Мехман Гусейнов
Ali Məhkəmədə Mehman Hüseynovun kassasiya şikayətinə baxılması yubadılır
Bakı/05.06.18/Turan: Bu gün Ali Məhkəmədə həbsdə olan bloger Mehman Hüseynovun kassasiya şikayətinə baxılması baş tutmayıb. Çünki Penitensiar Xidmət onu prosesə çağırmayıb.
Prosesə sədrlik edən hakim İmran Hacıqayıbov iclasın əvvəlində deyib ki, M.Hüseynovun məhkəməyə gətirilməsi üçün Penitensiar Xidmətə məktub göndərilib. Ancaq naməlum səbəblərdən gətirməyiblər.
Öz növbəsində vəkil Fuad Ağayev deyib ki, bir neçə gün öncə M.Hüseynov məlum olmayan səbəblərdən koloniyadan təcridxanaya köçürülüb.
Xüsusi ittihamçı - Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev, nə də onun nümayəndəsi iclasa gəlməyib.
Müdafiə tərəfi onların prosesdə iştirakına təkid edir.
M.Hüseynov özü olmadığına görə hakim prosesin 25 iyun saat 16:00-a keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, M.Hüseynovun işinə ikinci dəfədir ki, Ali Məhkəmədə baxılır.
Birinci dəfə Ali Məhkəmə təkrar məhkəmə istintaqının aparılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi. Lakin apellyasiya instansiyası mahiyyəti üzrə istintaq aparmayıb və ötən ilin oktyabrında hökmü qüvvədə saxlayıb.
Blogerin həbsinə 2017-ci ilin yanvarında Bakının mərkəzində oğurlandıqdan sonra polisdə işğəncəyə məruz qalması barədə bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan barədə iddia qaldırıb. Martın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147.2-ci maddəsi) təqsirli bilərək iki il azadlıqdan məhrum edib.-03C--
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz