
Açiq mənbələrdən foto.
Bakı/08.11.22/Turan: Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 12-14 dərəcə təşkil edəcək, xəbəri Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb.
Ölkənin rayonlarında bəzi yerlərdə yağmur yağacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz aran rayonlarında 13-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək. 0
Rəy yaz